Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası dünyanın ən mühüm texnologiya festivallarından biri olan TEKNOFEST-in finalına hazırlıq işlərini davam etdirir.

 

Ali məktəbdən bildirilib ki, UNEC-in rektoru,  professor Ədalət Muradov komanda üzvlərini finala çıxmaları münasibətilə təbrik edərək, hazırlıq prosesi ilə bağlı müzakirələr aparıb.

 

Rektor finalda layiqincə  təmsil olunmaları istiqamətində UNEC komandasına lazımi dəstəyin göstəriləcəyini bildirib.

 

Xatırladaq ki, bu il 32 ölkənin təmsil olunduğu yarışda UNEC komandası Kənd təsərrüfatı texnologiyaları kateqoriyasında universitetlər üzrə ən yüksək nəticəni (84.50 bal) əldə edərək, finala keçən komandalar arasında birinci yerdə yüksəlib.

 

UNEC-in  rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələrindən ibarət “Azerbaijan AgroDrone” komandası TEKNOFEST-də dron ideyasını təqdim edib.

 

Dron vasitəsilə əkin sahələrinin suvarılması və dərmanlanması həyata keçiriləcək, beləliklə kənd təsərrüfatında az xərclə məhsuldarlığın artırılması mümkün olacaq.

 

Komandanın kapitanı və layihənin rəhbəri Məhəmməd Rəhimovdur. Komandanın üzvlərindən Əli Bəşirov baş proqramçı, Samir Səfərli baş mühəndis, Samir Məmmədov, İbrahim Məmmədov, Emin Vəlizadə proqramçı, Arif Salmanzadə və Rəşad Qəribzadə isə mühəndis qismində təmsil olunurlar.