Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) 100 illiyi ilə əlaqədar Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) fəal üzvü olan dörd əməkdaşı - Ariz Abbasov, Nazim Niftəliyev, Mayıl İsmayılov, Arif Tağıyev və bir tələbə Aidə Heydərova həmkarlar ittifaqı hərəkatındakı xidmətlərinə görə "Yubiley döş nişanı" ilə təltif olunub.

 

MDU-nun rektoru Şahin Bayramov mükafatçılarla görüşüb, onları təbrik edərək ATİAHİ-nin yubiley mükafatına layiq görülmələrini yüksək qiymətləndirib.

 

Sonra rektor HİK fəallarına “Yubiley döş nişanı” nı təqdim edib.

 

Mükafatçılar göstərilən etimad və diqqətə görə öz təşəkkürlərini bildiriblər.