Dövlət İmtahan Mərkəzinin (DİM) II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında  ən yüksək nəticəni Əflan Bədəlov göstərib. O, 691,2 bal toplayıb.

 

İkinci  qrupun lideri Əflan Bədəlov bildirib ki, ən böyük arzularından biri Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaqdır: “Bakı Ali Neft Məktəbinin Azərbaycanın ən prestijli universiteti olduğunu düşünürəm. Gələcəkdə daha yüksək nailiyyətlər əldə etmək üçün bu Ali Məktəbin  mənə çox böyük yardımı olacaq. Mənim üçün ən yaxşı seçim BANM-dir”,-deyə o, əlavə edib.

 

Salyan şəhər Yusif Qasımov adına 4 saylı tam orta məktəbin məzunu olan Ə.Bədəlov vurğulayıb ki, seçimi BANM-in yeni açılmış Biznesin idarəedilməsi ixtisası olacaq.

 

Qeyd edək ki,  I-ci ixtisas qrupu üzrə keçirilən imtahanlarda ən yüksək nəticəni göstərmiş Əbil Şəfiyev də BANM-i seçib. Sumqayıt şəhərində yerləşən 11 saylı tam orta məktəbin  məzunu  697,1 bal toplayıb.