Dövlət İmtahan Mərkəzi (DİM ) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 19-da keçirilən qabiliyyət imtahanının nəticələrini açıqlayıb. Nəticələr DİM-in internet saytında yerləşdirilib. 

 

DİM-dən bildirilib ki, imtahanda iştirak etmək hüququ qazanmış 760 abituriyentdən 166 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 559 nəfər “məqbul” qiymət alıb.

 

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı, Jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 30-dək davam edəcək.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 23 avqust 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.