Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan- Fransız Universitetinin (UFAZ) bakalavriat təhsil pilləsini 113 nəfər tələbə bitirib.

 

UFAZ-dan bildirilib ki, onlardan 27 nəfər Kimya mühəndisliyi, 25 nəfər Neft və qaz mühəndisliyi, 20 nəfər Geofizika mühəndisliyi, 41 nəfərsə  Kompüter elmləri ixtisasları üzrə məzun olub.

 

Məzunlardan 44 nəfər  UFAZ-ın magistratura pilləsində təhsilini davm etdirir. 23  məzun isə dünyanın aparıcı ali təhsil ocaqlarında təhsil alacaq.

 

Məzunların qəbul olduqları universitetlər bu ölkələrdə yerləşir: Almaniya, ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Türkiyə, İrlandiya, İsveçrə, Niderland, Belçika, Rusiya, Estoniya, Litva, Polşa, Finlandiya və Macarıstan.

 

Məzunların qəbul olduğu universitetləri video çarxda izləmək mümkündür.