Akademik M. F. Reşetnev adına Sibir Dövlət Elm və Texnologiya Universiteti tərəfindən ali təhsil müəssisələrinin gənc alim və mütəxəssislərinin onlayn beynəlxalq Yay məktəbinin açılışı olub.

 

Tədbirin açılışında və ilkin təlim dərslərində Sumqayıt Dövlət Universitetinin (SDU) mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması ixtisasının 2 tələbəsi də iştirak edib.

 

SDU-dan bildirilib ki, beynəlxalq Yay məktəbinin məqsədi kosmik aparatların yaradılmasının əsaslarını öyrənməkdir. Onlayn Yay məktəbinin təlimləri mühəndislik, kompüter elmləri, simulyasiya, kosmik və uçuş aparatları ixtisasları üzrə oxuyan tələbələr üçün daha məqsədəuyğun hesab olunub.

 

İngilis dilində baş tutan təlim mühazirə və praktiki dərslər, testlər və hesablama məsələləri, layihə üzərində qrup işi platformalarında təşkil edilib. Əsas mövzular konseptual layihələndirmə (Cubesat), mexaniki layihə və konstruksiya, elektrik təchizat sistemi olmaqla, kosmik fəzada orientasiya və stabilləşdirmə sistemi məsələlərini əhatə edib.