16-22 avqust 2021-ci il tarixlərində Rusiyanın Ufa şəhərində gənclər arasında sərbəst güləş üzrə kişilər arasında keçirilən Dünya birinciliyində “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Turan Bayramov Azərbaycan milli yığma komandasının tərkibində 74 kq çəki dərəcəsində, qadınlar arasında isə eyni idman növü üzrə Abşeron rayon ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin güləşçiləri Jalə Əliyeva və Birgül Soltanova bürünc medala layiq görülüb.

 

16-20 avqust 2021-ci il tarixlərində Beynəlxalq Şahmat Federasiyası tərəfindən təşkil olunan şahmat üzrə 18 yaşadək yeniyetmə və gənclər arasında RAPID üzrə onlayn Dünya Kubokunda “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Aydın Süleymanlı 18 yaşadək oğlanlar arasında 8.5 xal ilə, həmçinin Mərkəzin 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin şahmatçısı Əhməd Xaqan 10 yaşadək oğlanlar arasında birinci yeri tutub.

 

Qalib şahmatçılar 26-31 avqust tarixlərində keçiriləcək super final mərhələsinə vəsiqə əldə edib.

 

20-22 avqust 2021-ci il tarixlərində Finlandiyanın Tempere şəhərində yeniyetmə və gənclər arasında karate üzrə keçirilən Avropa Çempionatında “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələri Azərbaycan milli yığma komandasının tərkibində ölkəmizi layiqincə təmsil edib. Belə ki, Rumil Cəfərli 16-17 yaşlılar arasında 76 kq çəki dərəcəsində gümüş medal, Hüseyn Məmmədli 18-21 yaşlı idmançılar arasında 67 kq çəki dərəcəsində bürünc medal qazanıb.