Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) Facebook səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə I və IV ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək və onların suallarını cavablandıracaq.

 

DİM-dən bildirilib ki, abituriyentlər ixtisas seçimi ilə əlaqədar suallarını canlı yayım zamanı müvafiq postun altına yaza bilərlər.

 

Qeyd edək  ki, M.Abbaszadə dünən II və III ixtisas qrupu üzrə ixtisas seçməyə başlayan abituriyentlərə müraciət etmişdi.