2021/2022-ci tədris ili üçün I ixtisas qrupu üzrə ADA Universitetinə tələbə qəbulu üçün 200 plan yeri ayrılıb.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2020-2021-ci tədris ili üçün isə ADA Universitetində qəbul planı 120 yer olub. Bu, ötən illə müqayisədə 80 yer çoxdur.

 

Qeyd edək ki, ADA Universiteti bu ildən etibarən I ixtisas qrupunda riyaziyyat üzrə bakalavr proqramı təqdim edir. Bu ixtisasa qəbul edilən yüksəkballı abituriyentləri və olimpiada qaliblərini xüsusi təhsil haqqı güzəştləri gözləyir.

 

Əlavə məlumatı ADA Universitetinin rəsmi veb-səhifəsindən əldə etmək olar: http://ada.edu.az/math

 

AZƏRTAC