Bu il sentyabrın 16-17-də Azərbaycan  Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

 

Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada təşkil olunacaq. Konfransa məqalə və tezislərin qəbulu davam edir. Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.

 

Konfransda:

  • -          Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;
  • -          Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;
  • -          Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;
  • -          Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı

 

istiqamətlərində müzakirələr aparılacaq.

 

Məqalə və tezislər aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməli və sentyabrın 10-dan gec olmayaraq [email protected] elektron ünvanına göndərilməlidir. Məqalə və tezislər Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.

 

Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib.