Avqustun 30-da peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsində uğur qazanmış şəxslərin qəbul olunduğu peşə təhsili müəssisəsinə qeydiyyatı yekunlaşır. Həmin şəxslər bu gün saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

 

Tələb olunan sənədlər aşağıdakılardır:

  • - Attestatın əsli;
  • - Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
  • - Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
  • -  Şəxsiyyət vəsiqəsinin surəti;
  • -  3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • - Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
  • - Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

 

Qeyd edək ki, qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.