Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ixtisas seçimi internet vasitəsilə aparılır və sentyabrın 10-dək davam edəcək.

 

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

 

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub.