Azərbaycan Texnologiya Universitetində (UTECA) həftənin beş iş günü olmaqla, üç ay müddətində davam etmiş növbəti tyutor hazırlığı kursu başa çatıb.

 

Onlayn formatda keçirilən tyutor hazırlığı kursu universitetin avtomatika, informatika və telekommunikasiya fakültəsinin dekanı Azər Hüseyn, yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekan müavini Sədir Quliyev, qida mühəndisliyi fakültəsinin dekan müavini Nəbi Mehdiyev tərəfindən aparılıb.

 

Kurslarda UTECA-nın əməkdaşları və magistrları, eləcə də universitetdən kənar şəxslər olmaqla, 16 nəfər iştirak edib. Kursun müdavimlərinin imtahanda göstərdikləri nəticələrdən asılı olaraq, müvafiq sertifikatlarla təltif edilməsi  nəzərdə tutulur.

 

Bu barədə UTECA-dan bildirilib.