Bu il subbakalavrlar  36 müxtəlif ali təhsil müəssisəsinə qəbul olunublar.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul olunan subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universitetinə (750 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (530 nəfər) və Bakı Biznes Universitetinə (474 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə, Bakı Biznes Universitetinə qəbul olunanların 52.38%-ni, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 49.47%-ni, Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 40.33%-ni  subbakalavrlar təşkil edir.