Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Fəlsəfə doktoru proqramı üzrə "Xarici dil"  imtahanını müvəffəqiyyətlə vermiş iddiaçılar üçün Fəlsəfə fənnindən keçirilən qəbul imtahanı başa çatıb.

 

3 gün davam edən  imtahanlarda Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ADNSU ilə yanaşı, 5 ali təhsil müəssisəsindən - Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət İqtisad, Sumqayıt Dövlət və Bakı Mühəndislik universitetləri üzrə,  ümumilikdə 118 nəfər iddiaçı qeydə alınıb və onlardan 108 nəfər imtahanda iştirak edib.

 

Şəffaf mühitdə keçirilən imtahan nəticələri 7 nəfərdən ibarət komissya tərəfindən qiymətləndirilib. 26 və yuxarı bal toplayan namizədlərin nəticələri məqbul sayılıb. Belə ki, 19 nəfər qeyri-məqbul,  89 nəfər isə məqbul qiymətləndirilib.  ADNSU üzrə 50 namizəddən  11 nəfər, Azərbaycan Dövlət İqtisad Universiteti  üzrə 40  namizəddən 7 nəfər, Bakı Mühəndislik Universiteti üzrə 5 namizəddən 1 nəfər qeyri-məqbul qiymətləndirilib. ADNSU üzrə 1 namizəd, Azərbaycan Dövlət İqtisad Universiteti  üzrə 9 nəfər namizəd imtahanda iştirak etməyib.