Dövlət İmtahan Mərkəzinin 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün keçirdiyi müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası üzrə yüksək göstərici qeydə alınıb. Hər il olduğu kimi, akademiyanın qəbul planı 100 faiz dolub. Beləliklə, Gömrük Akademiyası  qəbul planı 100 faiz dolan 4 ali məktəbdən biri olub.

 

Bu il akademiyada bakalavriatura səviyyəsinə I ixtisas qrupu üzrə İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, II ixtisas qrupu üzrə İqtisadiyyat, Beynəlxalq ticarət və logistika, III ixtisas qrupu üzrə isə Hüquqşünaslıq ixtisasına qəbul həyata keçirilib. Həmçinin, bu tədris ilində akademiyanın bütün ixtisasları üzrə keçid balları keçən illə müqayisədə artıb.

 

Qeyd edək ki İnformasiya texnologiyaları ixtisası üzrə tələbə qəbulu 2021/2022-ci tədris ilindən həyata keçirilir.

 

Xatırladaq ki, bu il akademiyanın magistratura səviyyəsi üzrə qəbul planı da 100 faiz dolub.

 

Bu barədə Gömrük Akademiyasından bildirilib.