Dövlət İmtahan Mərkəzinin 2021-2022-ci tədris ili üzrə keçirdiyi  qəbul imtahanında ən yüksək bal toplayan tələbə - Əbil Şəfiyev 697.1 balla Azərbaycan birincisi olub. O, I ixtisas qrupu üzrə imtahanda ən yüksək nəticə göstərib və Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi adını qazanıb. Ə.Şəfiyev Ali Məktəbin Kimya mühəndisliyi ixtisasına qəbul olub. 

 

Qeyd edək ki, Əbil Şəfiyev 2004-cü il, mart ayının 29-da Sumqayıt şəhərində anadan olub. Ailəsi 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıb. Ə.Şəfiyev Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə 1-ci sinfə gedib və həmin məktəbdən Fərqlənmə Attestatı ilə məzun olub.