9 sentyabrda xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başa çatır. Vakansiya seçimində iştirak etmək üçün namizədlər bu gün saat 18:00-dək müvafiq linkə daxil olaraq müraciət edə bilərlər: https://forms.gle/pNYcuZrJh6AhByDg9

 

Vakansiya seçimində cari ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək. Uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq və müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi  müqavilə bağlanılacaq.

 

Sözügedən təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəldə təqdim olunub.

 

Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.