İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Kənd Horadiz istiqamətlərində gedən döyüşlərdə böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı düşmən tapdağından azad etmiş, Qubadlı istiqamətində gedən döyüşlərdə ayağından yaralanmış qazi Elnur Qurbanlı Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında  işlə təmin olunub.

 

Qazi E.Qurbanlı Texnoparkda mühafizə xidmətində işə başlayıb.

 

Qeyd edək ki, E.Qurbanlı Azərbaycan Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.