Vyanada Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Cəmiyyətinin (ISAPS) növbəti konfransı keçirilib. Cəmiyyətin Cənubi Qafqaz üzrə təmsilçisi, milli katibi, professor Vaqif Qələndərov virtual müzakirələrə dəvət olunub.

 

Azərbaycan Tibb Universitetindən bildirilib ki, konfransda onlayn çıxış edən professor pandemiya dovründə icra olunan əməliyyatlarda yeni yanaşmalarla bağlı fikirlərini bölüşüb.  Alim qeyd edib ki,  bütün dünyada bu sahədə yeniliklər və yeni əməliyyat protokollarının yaradılmasında qəbul olunan qərarlarda bir alim kimi səs haqqının olması və müzakirələrə dəvət edilmək Azərbaycanda plastik və rekonstruktiv cərrahiyyənin dünya standartlarına cavab verməsinin göstəricisidir.