Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsinin baş müəllimi, tanınmış rəssam Zöhrab Cabbarovun Rusiya Federasiyası Kabarda-Balkar Respublikasının (KBR) Nalçik şəhərində “Kontrast” adlı şəxsi sərgisi keçirilib.

 

Sərgi KBR-in Mədəniyyət Fondunda baş tutub. Sərgidə fondda fəaliyyət göstərən çoxsaylı milli diasporların nümayəndələri, eləcə də, sənətsevərlər rəssamın Azərbaycan xalqının qədim tarixi və mədəniyyətini əks etdirən əsərləri ilə yaxından tanış olublar.

 

Z.Cabbarov keçirdiyi bir həftəlik möhtəşəm sərgi münasibəti ilə KBR-də fəaliyyət göstərən “Azəri” milli-mədəni mərkəzinin sədri, professor A.A.Dadaşev tərəfindən təşəkkürnamə ilə təltif olunub.