Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyətə başlayan TED Club-ın təşəbbüsü ilə "Yaradıcı olmaq üçün özünə fürsət ver" adlı onlayn təlim keçirilib.

 

Təlimdə psixoloq Leyla Azadi yaradıcı təfəkkürə, yüksək elmi qabiliyyətə malik şəxsiyyətin formalaşmasında strateji məqsədlər haqqında məlumat verib.

 

Tədbirdə çıxış edən  tələbələr - TED Club-ın moderatoru Zəkiyyə Məmmədova, TED Club-un sədri Cahan İsmayılova intellektual bacarıqların inkişaf etdirilməsi üçün yeni yanaşmaların tətbiqinin vacibliyindən danışıblar.

 

Təlim tələbələrin qarşılıqlı fikir mübadiləsi ilə davam edib.