Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi pedaqogika kafedrasının dosenti Müslüm Nəzərov Rusiya Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin qərarı ilə “Konstantin Uşinski” medalı və Avropa Elm və Sənaye Konsorsiumu tərəfindən  “Avropa Keyfiyyəti” qızıl medalı ilə təltif olunub.

 

Qeyd edək ki, M. Nəzərov  200-dən çox elmi və tədris-metodiki əsərin, o, cümlədən  8 dərs vəsaitinin, 4 kitabın, 2 monoqrafiyanın, 6 metodik vəsaitin, 20 tədris proqramının, 28 konfrans tezisinin, 115 elmi məqalənin müəllifi və 12 kitabın tərtibçisidir. Bunlardan 13 məqalə xarici ölkələrdə (Türkiyə, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Almaniya, ABŞ və  İtaliya) çap olunub. 

 

Almaniyada ingilis dilində nəşr olunan “Sociocultural Fundamentals of Education” (“Təhsilin sosiomədəni əsasları”) kitabı Latın Amerikası, Rusiya və Avropanın 10 ölkəsində oxuculara təqdim olunub (alman, ispan, fransız, italyan, holland, polyak, portuqal və rus dillərində nəşr edilib).