Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu Çin Xalq Respublikasının  yaradılmasının ildönümünə həsr olunmuş  “Şanlı 72 il” adlı seminar keçirib.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin 72 il ərzində keçdiyi inkişaf yolundan danışaraq, ölkədə iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib. Gələn il Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini vurğulayan  R.Abbasov ötən müddət ərzində Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Çin ilə əlaqələrin inkişaf etdirilməsi üçün böyük işlər görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, Çin və Azərbaycanın dövlət rəhbərləri arasında mehriban münasibətlər qarşılıqlı əlaqələrin inkişafına geniş yol açır.

 

Tədbirdə Konfutsi İnstitutunun təşəbbüsü ilə Çin Xalq Respublikasının yaranmasına həsr olunmuş  İnşa müsabiqəsinin qaliblərinə  hədiyyələr təqdim olunub.  Eyni zamanda Çin dili və mədəniyyətinin   ölkəmizdəki inkişafına həsr olunmuş Konfutsi İnstitutunun “Yay məktəbi” layihəsinin iştirakçılarına diplomlar təqdim edilib.