Azərbaycan Texniki Universitetində (AzTU) səfərdə olan Qətər Dövlət Universitetinin əməkdaşları Murat Küçükvar və Nuri Onat rektor Vilayət Vəliyevlə görüşüb.

 

Görüşdə universitetin prorektorları, həmçinin nəqliyyat və logistika, iqtisadiyyat və idarəemə fakültəsinin professor-müəllim heyəti iştirak edib.

 

Rektor V.Vəliyev bu görüşün iki dost ölkənin elm və təhsil sahəsindəki əməkdaşlığının inkişafı üçün önəmli olduğunu vurğulayıb.

 

Görüşdə AzTU və Qətər Dövlət Universiteti arasında nəqliyyat və logistika, iqtisadiyyat, sənaye mühəndisliyi, energetika və təhsil sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.