Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2 tələbəsi- Fətulla Bəşirov  və Rüfət Quliyev builki Prezident təqaüdçüləri sırasındadır.

 

Hər iki tələbə UFAZ-da Kompüter elmləri ixtisası üzrə bakalavr pilləsində təhsil alır. Onların Dövlət İmtahan Mərkəzinin imtahanı üzrə nəticələri 682,3 və 680,1 olub. UFAZ daxili imtahanda isə Fətulla 69,5 bal, Rüfət isə 79 bal toplayıb.

 

Hal-hazırda UFAZ-da təhsil alan Prezident təqaüdçülərinin ümumi sayı 4 nəfərdir.

 

Bu barədə UFAZ-dan bildirilib.