Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) incəsənət və fiziki tərbiyə fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş silsilə layihələr çərçivəsində Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin ailəsi ziyarət olunub.

 

Görüşdə ADPU TGT-nin sədr müavini, incəsənət və fiziki tərbiyə fakültəsi TGT İdarə Heyəti üzvləri və tələbələr iştirak ediblər.

 

Görüş əsnasında incəsənət və fiziki tərbiyə fakültəsi TGT-nin rəhbər müavini Azadə Zellabdiyevanın çəkdiyi İlqar Mirzəyevin portreti müəllifin özü tərəfindən qəhrəmanın həyat yoldaşı Güllü xanıma təqdim edilib. O, tələbələrə İlqar Mirzəyevin xatirələrindən, onun xalqına olan məhəbbəti və yüksək xidmətlərindən böyük fəxarət hissi ilə danışıb, Milli Qəhrəman haqqında sualları cavablandırıb.

 

Sonda şəhid polkovnikin həyat yoldaşı tələbələrə İlqar Mirzəyevə ithaf olunmuş kitabı hədiyyə edib.