Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlar Gününə həsr olunmuş kitab sərgisi keçirilib.  Universitetin elektron kitabxanasının təşkil etdiyi sərginin açılışında professor-müəllim heyəti, tələbələr iştirak edib.

         

Sərgidə əsasən, memarlıq fakültəsinin müəllimlərinin, eləcə də dünya memarlarının Azərbaycan, rus, ingilis və türk dillərində nəşr edilmiş kitabları nümayiş olunub. Sərgiyə tələbələr də böyük maraq göstərib və onlar sərgilənən nadir kitablarla tanış olublar. Elektron kitabxananın müdiri Aytən Rəhmanova təqdim olunan kitablar barədə sərgi iştirakçılarına məlumat verib.