Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanlarının yaradılmasının 103 illiyi və prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

 

Tədbirdə Baş Prokurorluğun Elm Tədris Mərkəzinin keçirdiyi “Hüquq viktorinası”nın qalibləri də mükafatlandırılıb. Tədbirdə iştirak edən baş prokuror Kamran Əliyev viktorinanın qalibi - BDU-nun hüquq fakültəsi komandasının üzvlərini təltif edib, qaliblərə kubok təqdim olunub.

 

Qeyd edək ki, 2021-ci il 15 sentyabr tarixində keçirilən “Hüquq viktorinası”nda BDU, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti və Milli Aviasiya Akademiyasının hüquq fakültələrinin tələbələri iştirak ediblər. Viktorinada iştirakçılar Konstitusiya hüququ, Cinayət hüququ, Cinayət prosessual hüquq və ümumi dünyagörüşünü əhatə edən sualları cavablandırıblar.

 

BDU komandasının üzvləri- hüquq fakültəsinin tələbələri Fidan Əkbərova, Lamiyə Zülfüqarlı, Ceyhun Xəlilov, Aysu İsmayılzadə və Tahir Vəliyev viktorinada birinci yerə layiq görülüblər.