COVID  -19 vaksinini kəşf etmiş türk  professorlar Uğur Şahin və Özləm Türeci İspaniyanın ən nüfuzlu mükafatı kimi beynəlxalq səviyyədə tanınan "Asturiya şahzadəsi mükafatı"na layiq görülüblər.

 

Mərasim İspaniyanın şimalında, Asturiya bölgəsinin Ovedo şəhərində "Campoamor" teatrında keçirilib. Mərasimdə Astriya kralı Felipe, xanımı kraliça Letizia, taxtın ilk vəliəhdi  16 yaşlı şahzadə  Leonor, ikinci vəliəhd şahzadə Sofiya, kralın anası kraliça Sofiya, İspaniya hökumətinin 4 naziri və Türkiyənin Madriddəki səfiri Burak Akçapar iştirak ediblər.

 

Doktor Uğur Şahin və doktor Özləm Türeci 1981-ci ildən bu yana verilən mükafatı ilk alan türk olduqlarından mərasimdə ilk dəfə Türkiyənin bayrağı dalğalandırılıb.
Pandemiya günlərində öz heyəti ilə koronovirusa qarşı vaksin hazırlanması prosesinə toxunan Uğur Şahin bildirib:  "Fövqəladə birgə iş sayəsində biz mümkünsüz işlər görmüşük,  2020-ci ildə başladığımız işi mümkün qədər tez başa çatdırmalı idik. Biz 24 saat növbə ilə işləmişik. Hər kəs öz işinə diqqət yetirirdi. Heç kim kənarda nə baş verdiyini bilmirdi. Bu, bizə böyük məsuliyyət,  eyni zamanda böyük imkan verdi".

 

Öz növbəsində Özləm Türeci də vaksini kəşf etmələrindən dolayı çox xoşbəxt olduqlarını və "Biz elmin qlobal böhrana qarşı dura biləcəyini göstərdik", - deyə qeyd edib.

 

Ümumilikdə, 8 kateqoriyada verilən mükafatlara layiq görülən alimlərə Coan Miro heykəlciyi, diplom, nişan və 50 min avro təqdim edilib.

 

Oruc MUSTAFAYEV