Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu İDEA İctimai Birliyinin  təşəbbüsü ilə  2014-cü ildən etibarən davam edən “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə qoşulub.

 

Layihə çərçivəsində MEK tərəfindən 410 kiloqram kağız tullantı aidiyyatı üzrə təqdim olunaraq, təkrar emala göndərilib.

 

Layihənin həyata keçirilməsində əsas məqsəd kağız israfını azaltmaq və həmin tullantıların təkrar emalını təşkil etməkdir. “Hər kağızı bir yarpağa dəyişək” adlı bu layihə ətraf mühitin çirklənməsinin qarşısını alaraq, ekologiyanı qorumağa xidmət göstərir.