Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura və doktorantura şöbəsinin, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisasının müəllim və tələbə kollektivi 8 noyabr - Zəfər Günü münasibəti ilə İkinci Fəxri Xiyabanı ziyarət edib.

 

Müəllim və magistrantlar vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirələrini ehtiramla yad edib və yaxınlarına səbr diləyiblər.

 

Ziyarət zamanı universitetin Vətən müharibəsində şəhid olan və İkinci Fəxri Xiyabanda dəfn olunan tələbə və məzunlarının da məzarları ziyarət edilib,  ruhlarına dualar oxunub.