Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüb.

 

Rektor V.Vəliyev iki dost ölkə arasında əməkdaşlıq mübasibətlərindən danışıb. Bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir və beynəxalq arenada hər zaman ölkəmizi dəstəkləyir. AzTU rəhbəri 44 günlük Vətən müharibəsində Pakistan dövlətinin və xalqının Azərbaycana həm siyasi, həm də mənəvi dəstəyini xüsusi vurğulayıb.

 

Görüşdə səfirə universitetdə görülən işlər və həyata keçirilən yeniliklər barədə məlumat verilib.

 

Səfir Bilal Haye AzTU-da olmaqdan məmnunluğunu ifadə edib.

 

O, iki dost ölkə arasında tarixi əlaqələrdən danışıb, həmçinin elm və təhsil sahəsində əməkdaşlığın önəmini qeyd edib.

 

Görüş zamanı AzTU ilə Pakistanın qabaqcıl universitetləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə elmi-təqdiqat layihələrində iştirak, tələbə-müəllim mübadiləsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Səfir 2022-ci ilin əvvəlində AzTU tələbələrinə “Pakistan və Azərbaycan əlaqələri” mövzusunda mühazirə demək arzusunda olduğunu bildirib.