Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecdə 8 noyabr -Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib.  

 

Tədbirdə Müdafiə Nazirliyinin Qadınlar və Hərbi quluqçuların ailələri ilə iş üzrə şöbəsinin rəisi Zümrüd Səmədova, II Qarabağ müharibəsində xüsusi şücaət göstərmiş qazi, polkovnik-leytenant Rüfət Məmmədov, ADMİU-nun rektoru Ceyran Mahmudova,  universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva, aparıcı Leyla Quliyeva, Xalq rəssamı Əşrəf Heybət, həmçinin Xalq artistləri Vamiq Məmmədəliyev, Zamiq Əliyev, Teyyub Aslanov, Səkinə İsmayılova, Əməkdar artist Sərxan Abıyev və digər şəxslər  iştirak ediblər.

 

Konsert proqramında kollecin müəllimləri Əməkar artist Qoçaq Əskərov, Rafael İslamov, Elnur Mikayılov, Fərid Atazadə, İlkin Hüseynov, Yaqut Xəlilzadə, Səfər İdrisov, Cabir Həsənov, Sara Abdullayeva, Gülsüm Bağıyeva, Samir Məmmədov, Əli Əlizadə, Ramiq Bayramov, Ədalət Behbudov, həmçinin tələbələr Əliağa Tapdıqlı, Hidayət Kərimli, Rübabə Əkbərova, Humay Məmmədova və başqaları Azərbaycana və Şanlı Zəfərə həsr olunmuş şeir  və mahnılarla çıxış ediblər.

 

Rəşad ZİYADOV