Dövlət  İmtahan Mərkəzində (DİM) növbəti GRE: General Test imtahanı keçirilib.

 

İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

Qurumdan bildirilib ki, imtahanda 18 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini 10-15 gündən sonra ETS-in saytından onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti GRE imtahanının dekabrın 3-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə etmək mümkündür: http://www.dim.gov.az/activities/exams/GRE/