UNEC Kitabxana İnformasiya Mərkəzi “Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsinin növbəti sayında Fransa Milli Kitabxanasını araşdırıb.

 

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, 1461-ci ildə Parisdə əsası qoyulan Fransa Milli Kitabxanası 40.9 milyon nüsxə fonda malikdir. Kitabxananın elektron kataloqu araşdırılarkən orada  Qarabağa aid 202 biblioqrafik yazı tapılıb. Bunları 167 kitab və elektron kitab, 12 audio sənəd, 9 ikonoqrafik (təsviri) sənəd, 8 kartoqrafik nəşr, 6 animasiyalı şəkil, 2 ədəd isə dövrü nəşr olmaqla təsnifatlaşdırmaq olar.

 

Sənədlərin çap olunduğu dillər üzrə statistika belədir: fransız dilində - 69, ingilis dilində - 58, Azərbaycan dilində - 9, erməni dilində - 52, rus dilində - 7, çoxdilli nəşrlərin sayı isə 21-dir.

 

Kataloqda olan 167 kitabın dillər üzrə statistikası da verilib: fransız (55),  ingilis (54)erməni (46)çoxdilli (12)alman (7)rus (7)azəri (2)italyan (2)digər dillər (2)holland (1)fars (1)türk (1).

 

Araşdırmadan məlum olub ki, Fransa Milli Kitabxanasında Qarabağın adının qeyd olunduğu ən qədim nəşr, müəllifi fotoqraf G.de Labry olan 1888-ci ildə çəkilmiş "Rusiya Türküstanı və Qafqaz" başlıqlı şəkillər toplusudur. [Labry, G. de. Photographe. [17 phot. du Turkestan russe et du Caucase en 1888, par G. de Labry, donateur en 1890], 1888, 17 phot. F. 14. Caucase, le cheval de race Karabagh]  

 

Toplu 17 şəkildən ibarətdir. 14-cü şəkildə Qarabağ atının təsviri verilib. 1890-cı ildə müəllif tərəfindən Fransa Milli Kitabxanasına təqdim olunub.

 

Ümumilikdə kitabxanada bu mövzuda XIX əsrə aid 5 sənəd vardır. Bunların 1-i alman (G.Radde “Karabakh”, 1890), 3-ü fransız, 1-i erməni dilindədir.

 

Kitabxananın kataloqunda mövzuya dair dövlətimizin mövqeyini əks etdirən ən yeni nəşrlərə nümunə kimi aşağıdakıları göstərmək olar.

 

Réalités sur le Karabagh / Fondation Heidar Aliyev, 2006

 

Mahmoudov, Yagoub, Chukurov, Kerime. Garabagh [Texte imprimé] : histoire réelle, faits, documents / Yagoub Mahmoudov, Kerime Chukurov ; [traduit en français par Memmed Allahverdi oglou Ismayilov]: Bakou : Impr. Tahsil, 2006

 

Budagov, Budag. On the events going on in mountainous Garabagh and around of it [Texte imprimé] / Budag Budagov ; [transl. from the Azeri by Zahid Ahmadov] Baku : Ismayil Publishing and Polygraphic Enterprises, 2002, 63 p. ; 21 cm 

 

Kadžar, Čingiz Ovejs ogly (1929-....) Staraâ Šuša / Čingiz Kadžar ; Старая Шуша / Чингиз Каджар, Baku : [Şərq-Qərb], 2007 və s.

 

Mahmoudov, Yagoub   Histoire réelle et la confabulation sur "la grande Arménie" [Texte imprimé] / Yagoub Mahmoudov ; [trad. par prof. en chef Chafa Abdurrahimova, prof. Khayala Agayéva], Bakou : ANSA, Institut d'histoire : Turkhan, 2019

 

Nəticə olaraq yenə də təəssüflə qeyd etməliyik ki, son illərin ən yeni nəşrləri erməni xalqının mənafeyini özündə əks etdirən kitablardır.

 

Qeyd: Məlumatlar Fransa Milli Kitabxanasının elektron kataloqu üzrə 11.11.2021-ci il tarixinə aiddir.