Təhsil Nazirliyi və “Edumedia” şirkətinin təşkilatçılığı ilə cari ilin noyabr-dekabr aylarında tələbələr arasında  “EdTech Startap” müsabiqəsi keçiriləcək.


 
Müsabiqənin keçirilməsi tələbələrin İKT və rəqəmsal təhsil sahələrinə olan marağının artırılması, təhsil sahəsində mövcud çağırışlar üzrə innovativ həll yollarının araşdırılması məqsədi daşıyır.


 
Müsabiqədə Azərbaycanın bütün ali təhsil müəssisələri üzrə bakalavr, magistratura və doktorantura təhsili alan tələbələr iştirak edə bilərlər.

 

“EdTech” müsabiqəsi haqqında daha ətraflı məlumat almaq üçün http://edtechstartup.az/ internet səhifəsinə müraciət etmək mümkündür.