“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Dünya İrs Şəhərləri Təşkilatının (#OWHC) keçirdiyi Beynəlxalq Video Müsabiqədə 18-21 yaş kateqoriyasında birinci yerin qalibi olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Nurcan Daşdəmirovaya sertifikatın təqdim olunması mərasimi keçirilib.

 

Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) 3-cü kurs tələbəsi N.Daşdəmirova həmin müsabiqəyə “İçərişəhər pandemiya dövründə” adlı videoçarx ilə qatılıb.

 

Qalibə sertifikatı təqdim edən “İçərişəhər” DTMQİ-nin Aparat rəhbəri Read Qasımov onu təbrik edərək, İçərişəhərin bir dünya irsi kimi təbliğində gənclərin rolunun əhəmiyyətli olduğunu deyib, eləcə də beynəlxalq müsabiqələrin ölkəmizin və mədəniyyətimizin qlobal miqyasda təbliği üçün əhəmiyyət kəsb etdiyini bildirib.