Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) sentyabr ayından etibarən əsas tədris binasının foyesində və yeməkxanasında yerləşən üç reklam monitorunda universitetin I Qarabağ və Vətən müharibələrində şəhid olan, xüsusi qəhrəmanlıqlar göstərən tələbə və məzunları haqqında fotoslaydlar nümayiş olunur.

 

Fotoslaydlarda müxtəlif dövrlərdə ADPU-nun, onun filialları və tərkibindəki Pedaqoji Kollecin tələbə, məzunları olmuş ümumilikdə 42 nəfər haqqında məlumat təqdim edilir. Onlardan 3 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır, 1 nəfəri “Zəfər” Ordeni ilə, 4 nəfəri “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilib. 29 nəfəri I Qarabağ, 12 nəfəri Vətən müharibəsi şəhididir.

 

Universitetdən bildirilib ki, bu fotoslaydlar tələbələri maarifləndirmək xarakteri daşıyır.