Azərbaycan Texniki Universitetinin (AzTU) 2021-2030-cu illər üçün inkişaf strategiyası təsdiq edilib. Mühəndislik elmləri və ağıllı texnologiyaların tətbiqi sahəsində regionda lider universitet olmağı hədəf seçən AzTU-nun məqsədi rəqəmsal platformada texnoloji gələcək üçün ağıllı həllər vermək və bu istiqamətdə mütəxəssis hazırlığını təmin etməkdir.

 

Bundan başqa, tədrisdə akademik göstəriciləri yüksək olan tələbələrə Nizami Gəncəvi adına təqaüd veriləcək. AzTU-nun professor-müəllim heyətinin elmi fəaliyyətinin stimullaşdırılması qaydaları, həmçinin universitetin tədris binalarına Azərbaycanın mütəfəkkirlərinin, auditoriyalarına isə şəhidlərin adlarının verilməsi ilə bağlı məsələlər də gündəmdədir.

 

Bu barədə AzTU-dan bildirilib.