Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının Xarici dillər klubu və ADPU Təhsil Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İkili Diplom Proqramına yeni qəbul” adlı görüş keçirilib.

 

Görüşdə ADPU və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə əməkdaşlığı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  magistratura səviyyəsində təhsil idarəetməsi ixtisası üzrə ikili diplom proqramı haqqında geniş məlumat verilib.

 

İkili Diplom Proqramının rəhbəri Tofiq Əhmədov proqramın əsas məqsədinin qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdən ibarət olduğunu vurğulayıb.

 

Görüşdə proqramda təhsil almaqla bağlı təqdimat nümayiş etdirilib.

 

Sonda tələbələrin sualları cavablandırılıb.