Böyük Britaniyanın Oksford Universitetinin nümayəndələri – professor Riçhard Voalker  və universitetin əməkdaşı İan Pierce Azərbaycana səfərləri çərçivəsində Salyan rayonu ərazisindəki tektonik qırılmalar sahəsində olublar.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, britaniyalı qonaqların səfəri  tektonik qırılmalar sahəsi ilə yaxından tanışlıq xarakteri daşıyıb.

 

Vurğulanıb ki, bu qırılmalar Oksford Universitetinin əməkdaşları tərəfindən İNSAR texnologiyalarından istifadə etməklə kosmosdan çəkilmiş şəkillər əsasında apardıqları tədqiqatlar zamanı əldə olunub.