“Landau School” təhsil müəssisəsinin direktor müavini, kimya üzrə fəlsəfə doktoru Küşvər Hacıyevanın rəhbərliyi altında 11-ci sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının  Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.

 

Şagirdlər öncə institutun baş direktoru, akademik Vaqif Abbasovla görüşüblər. Görüş zamanı akademik elm və təhsilin vəhdətindən, NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi-tədqiqat işlərindən, kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb, məktəblilərə bir sıra dəyərli tövsiyələr verib, onların suallarını cavablandırıb. V.Abbasov müəllifi olduğu kitablardan şagirdlərə hədiyyə edib.

 

Sonra şagirdlər A Leval Kimya proqramı üzrə keçdikləri mövzuları praktiki olaraq mənimsəmək məqsədilə institunun laboratoriyalarında İnfro Qırmızı, Diferensial Termiki, Nüvə-Maqnit Resonansı aparatlarında nümunələrin necə analiz edilməsi  ilə tanış olublar.