Cəbrayıl

 

Neçə il intizar, neçə il həsrət,

 

Səni uzaq tutdu bizə, Cəbrayıl?

 

Xalqın sinəsindən keçən kədər, qəm,

 

Acını gətirdi gözə, Cəbrayıl.

 

Vətən övladının gümanı bitməz,

 

Oğullar can verər, imanı bitməz.

 

Yarası sağalmaz, dərmanı bitməz,

 

Xalq qalxdı müşkülü çözə, Cəbrayıl.

 

Daşı daş üstündə qoymadı yağı,

 

Odlara qaladı ana torpağı.

 

Azad eləyərək biz Qarabağı,

 

Tikirik yenidən təzə Cəbrayıl.

 

Bu torpaq ər doğdu, şəhid bitirdi,

 

Arzuya çatdırdı, kama yetirdi.

 

Sönmüş ocaqlara alov gətirdi,

 

Min atəş bəxş etdi közə, Cəbrayıl.

 

Emin NOVRUZOV,

Bakıdakı C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi

 

 

 

Şəkillərdən gördüyüm Qarabağ

 

(Müharibədə olan atama)

 

Dərslik kitablarımda Qarabağı görərdim,

 

Adını oxuduqca kədərlənib deyərdim,

 

Nə gözəl yerləri var bizim olsa gedərdik,

 

Dağını, meşəsini qarış-qarış  gəzəydik,

 

Şəkillərdə boylanan o keçmişə dönəydik.

 

Qəfil qonaqlar kimi cəbhədən gəlir xəbər,

 

Hamı ekran önündə sevinclə əyləşərək,

 

Azad olunan kəndin tarixindən danışır,

 

Sevincdən ağlayaraq bir-birinə sarmaşır.

 

Hər tərəf bəzənibdi üç rəngli bayrağımla

 

Maşınların üstündə, binaların önündə

 

Qarabağ kəndlərində - insan əli çataçaq

 

Hər yüksək zirvəsində!

 

İndi anlayıram ki, vərəqlərdən baxdığım,

 

Şəkillərdə gördüyüm o torpaqlar bizimdi.

 

Bu günlərdə alınan o torpağın sevinci,

 

Vətənimin uğuru, mənim qürür yerimdi.

 

İgid əsgərlərimiz ana vətən uğrunda,

 

Qalib olub döyüşür, bizə sevinc yetişir.

 

Dil acıb danışmayan balaca bacım belə

 

Hər gün evdə deyir ki,

 

QARABAĞ da BİZİMDİR!

 

Ayan Əliyarli,

Bakıdakı 236 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi

 

 

 

Vətən

 

Bu torpaq otuz il gözlədi bizi,

 

Həm uşaq, həm ana, ata sevgisin.

 

Gözlədi o həm də mərd əsgərinin

 

Dağlara səs salan  gur nərəsini,

 

Düşməni qorxudan silah səsini.

 

Bu vətən yalnızca torpaq deyildir,

 

Onda var Mil-Muğan,  dağ-düzən, Aran.

 

Bu vətən Xocalı, Şuşa, Zəngilan,

 

Bu vətən bağ-bağat, güllü-gülüstan,

 

Bu vətən əslində, mərd Azərbaycan!

 

Ey dünya, de görüm, bilirsən nədən

 

Şəhidlik adlanan şanlı zirvəyə

 

Heç zaman ucalmır o bədnam düşmən?!

 

Onun qoruyası torpağı yoxdur,

 

“Vətənim” deyəsi dilləri yoxdur!

 

Vətən deyiləndə içi titrəyən,

 

Ürəkdən sevinən, ürəkdən gülən,

 

Döyüş meydanına ürəklə girən

 

Qazilər, şəhidlər, əsl oğullar

 

Övladdır hamısı sənə, ey Vətən!

 

İgidlər dayanır sərhəd boyunca,

 

“Vətənim” deyirlər ömür boyunca.

 

Vətənsə bölünməz, bölünə bilməz

 

 Şəhidi, igidi, mərd oğlu varsa,

 

Üçrəngli bayrağı dalğalanırsa...

 

Qarabağ azaddır, azad qalacaq!

 

Şəhidlər ölməzdir, ölməz olacaq!

 

İgidlər hər zaman doğma torpağa

 

Qələbə adıyla addım atacaq!

 

Bu şərəf tarixdə daim  qalacaq!

 

Yeva Fərəcova,

Bakıdakı 53 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi

 

 

 

Gəlin gedək Qarabağa

 

Bir arzum var artıq mənim,

 

Qarış-qarış gəzim indi,

 

Torpağını, hər daşını,

 

Bərk-bərk öpüm Vətənimin.

 

Axı necə dözmüşük biz?

 

Bu ədalətsiz ayrılığa.

 

Necə nəfəs almışıq biz?

 

Otuz illik intizara.

 

 

Artıq yetər, həsrət bitdi!

 

Bitdi köçkün, qaçqın adım!

 

Öz evimdə, öz obamda,

 

Dalğalanır öz bayrağım!

 

Gəlin gedək Qarabağa!

 

Küskün qalmış o yaylağa,

 

Bərpa edib biz kəndləri,

 

Qovuşduraq köçkünləri.

 

Havalansın Xanın səsi,

 

Qarabağın Şikəstəsi.

 

Nəzrin Cəlilova,

Bakı Dovlət Universiteti nəznində Gənc İstedadlar Liseyinin 8-ci sinif şagirdi