Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) musiqi sənəti fakültəsinin tələbəsi Ramin Qarayev bu günlərdə Türkiyədə keçirilən bir neçə önəmli tədbirdə iştirak edib.


Hər zaman Azərbaycan aşıq sənətini beynəlxalq arenalarda uğurla təmsil edən R.Qarayev TÜRKSOY, Etimesgut Bələdiyyəsi və Qazaxıstanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Beynəlxalq Ozanlar Görüşü”, həmçinin, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliklərinin 30-cü ildönümünə həsr olunmuş və Türk dünyasından məşhur ozanların qatıldığı “Beynəlxalq Ozanlar Deyişməsi” tədbirlərində Azərbaycan aşıq havalarını ifa edib.


O, eyni zamanda Türkiyədə Qarabağ zəfərinin 1-ci ildönümünə həsr olunmuş tədbirdə və TÜRKSOY, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycan  Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Türk dünyasının böyük saz və söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə keçirilən anım tədbirində də iştirak edib.


R.Qarayev sözügedən bütün tədbirlərdə iştirakına görə təşkilatçı qurumlar tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.