Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev hüquqi və demokratik dövlət quruculuğunun banisidir” mövzusunda konfrans keçirilib.

 

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən,  dahi şəxsiyyətin xalqımızın, dövlətimizin inkişafı istiqamətindəki məqsədyönlü xidmətlərindən danışıb.

 

“Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyev də Ulu öndərin Azərbaycan üçün gördüyü işlərdən bəhs edib. Onun ideya müəllifliyi və  təşkilatçılığı ilə çap edilən “Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” kitabı  iştiakçılara təqdim olunub. Qeyd edək ki, kitabda 1969-2019-cu illərdə hüquq-mühafizə orqanlarındakı islahatlar öz əksini tapıb.

 

Tədbirdə akademik Ziyad Səmədzadə,  Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru  Abduləli Abdullayev, istefada olan general-mayor Vladimir Timoşenko, fəlsəfə elmləri doktoru, əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov  və digər qonaqlar çıxış edərək Heydər Əliyevin müasir Azərbaycanın qurucusu və xilaskarı olduğunu bildiriblər.

 

Niyazi RƏHİMOV