15 dekabr saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” işçi qrupunun videokonfrans formatında iclasının keçirilməsi nəzərdə tutulub.


İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tapşırıqlarla bağlı görülmüş işlər, həmçinin işçi qrupunun əvvəlki iclaslarında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək.


Bundan əlavə, işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin müzakirəsi də nəzərdə tutulur.


Qeyd edək ki, iclasın gündəliyi ilə buradan tanış ola bilərsiniz:  https://azranking.az/protocols-announcements