Böyük Britaniyanın “QS World University Rankings” nəşrinin Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin 2022-ci il üzrə reytinq cədvəlində Azərbaycandan, ümumilikdə 7 universitet yer alıb.

 

Belə ki, ən yaxşı universitetlərin reytinq cədvəlində Xəzər Universiteti 211-220, Azərbaycan Dövlət İqtisad Universiteti 221-230, Bakı Dövlət Universiteti 251-300,  ADA Universiteti 301-350, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  isə 401-450 aralığında qərarlaşıb.

 

Reytinq müəllimlərin təcrübəsi, xarici tələbələrin nisbəti, həmçinin işəgötürənlər arasında nüfuz və akademik nüfuz istifadə olunmaqla tərtib edilib.