Ağdam rayonunun İkinci Alıbəyli qəsəbəsində Vətən müharibəsi şəhidi Səfərov Hikmət İldırım oğlunun anım tədbiri keçirilib.

 

Təhsil şöbəsindən daxil olan məlumata görə, tədbirdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon təhsil şöbəsinin rəhbərliyi, Alıbəyli qəsəbə tam orta məktəbinin şagird və müəllimləri, Ağdam rayonundan olan şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

 

Çıxış edənlər Səfərov Hikmətin döyüş yoluna nəzər salaraq onun vətən naminə göstərdiyi qəhrəmanlıqdan, xalqa və dövlətə bağlılıqdan, vətən sevgisindən geniş söhbət açıb, Azərbaycan Respublikasının qalib olduğu haqq savaşında şəhidin danılmaz zəhməti, unudulmaz fədakarlıqları olduğunu bildiriblər.

 

Sonda İkinci Alıbəyli qəsəbə tam orta məktəbində şəhidin adına keçirilən turnirin qalibləri  rayon icra hakimiyyəti tərəfindən təltif ediliblər.

 

Şakir CƏFƏROV