Azərbaycan-Fransız Universitetinin  (UFAZ) tələbələri Fərhad Əzimov, Abbas Əliyev və İmran Cəbrayılov (UFAZ 2 komandası) “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsində (XVII Azərbaycan Birinciliyi) 3-cü yeri tutublar.

Digər 2 UFAZ komandası (UFAZ 3 - Nadir Şıxlı, Anar Məmmədov və Rüstəm Əliyev və UFAZ 1 - Kənan Qurbanov, Cavid Məcidzadə və Kənan Məmmədov) yarışmada müvafiq olaraq 7-ci və 14-cü yerləri qazanıblar.

Təhsil müəssisəsinin komandaları yarışmada müvafiq olaraq 1, 2 və 3-cü dərəcəli diplomlara layiq görülüblər.

Onlayn baş tutan müsabiqədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən 87 komanda iştirak edib. Hər komanda 3 tələbə və komanda rəhbərindən ibarət olub.

Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.

2022-ci ildə keçiriləcək “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcək komandaların adları gələn ilin yanvar ayında açıqlanacaq.